• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 24.04.2022 18:56

Ermənistanın təxribat-diverdsxsiya qrupu Azərbaycan sərhədini keçməyə cəhd göstərib

KepezTV Player

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilib.  Təxribatın qarşısı alınıb və diversantlar geri çəkilməyə məcbur ediliblər. Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat şəraiti nəzarətdə saxlanılır. Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılıb. Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hal bir daha baş verərsə tərəfimizdən daha ciddi tədbirlər görüləcək. Milli məclisin deputatı Müşfiq Cəfərov erməni təxribatı ilə bağlı fikirlərini televiziyamızla bölüşüb. Bunu Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribatı adlandırıb və bu cəhdlərin əsassız olduğunu qeyd edib.