• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1090
— 23.04.2022 17:33

Uşaqlar üçün bayram tədbiri keçirilib

KepezTV Player

Gəncə Dövlət Filarmoniyyasında Türkiyyənin Gəncədəki Baş konsulluğu tərəfindən  şəhid, qazi övladlarına eləcə də körpələr evinin uşaqları üçün 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunan tədbir keçirilib.  Tədbirdə uşaqların bizim ən dəyərli varlığımız olmasından danışılıb. Vətənin gələcək sahiblərinin uşaqlar olacağı və vətənə sahib olmanın yolunun yaxşı təhsil almaqdan keçdiyi vurğulanıb. Mustafa Kamal Atatürk bu günü bütünlüklə uşaqlara ərməğan etdiyi, 1979-cu ildən bayramın BMT tərəfindən tanındığı bildirilib. Tədbirdə Gəncənin musiqi məktəbinin nümayəndələri konsert proqramı ilə çıxış ediblər.