• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1119
— 23.04.2022 16:19

Tarixi abidlərin qorunması yolları müzakirə edilib

KepezTV Player

Nizami Gəncəvi muzeyində tarixi abidələrin və mədəni irsin qorunması ilə bağlı debat keçirilib. Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə keçirilən debatda Azərbaycanda bir çox tarixi abidlərin olduğundan danışılıb, onların tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra layihələrin icra olunduğu vurğulanıb. Bütün bunlar isə Azərbaycanın dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Bu sahədə beynəlxalq təşkilatlarla da əlaqələr uğurla inkişaf etdiyinə diqqət çəkilib.