• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 947
— 23.04.2022 16:10

Daşaltı kəndində turizm kompleksləri tikiləcək

KepezTV Player

“Şuşada 7 yaşayış massivinin, məscid və digər obyektlərin tikintisi davam edir”. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qeyd edib ki, yeni otellərin də tikintisi nəzərdə tutulur. Və bununda sayəsində gələcəkdə Şuşada istənilən böyükmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi mümkün olacaq.

Şuşa rayonunun Daşaltı kəndində isə turizm mərkəzi tikiləcək. Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib. O deyib ki, Şuşanın girişində, Daşaltıda olan turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək. Onun sözlərinə görə, bu komplekslər Şuşanın turizm potensialını daha da artıracaq.