• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2125
— 19.04.2022 12:11

Tovuzdan Gəncəyə toya gələn şəxs avtomobil qaçırıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus “VAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini Fikrət Aydınov saxlanılıb. Araşdırmalar zamanı şübhəli şəxsin qonaq gəldiyi toyda spirtli içki qəbul etdiyi daha sonra Tovuz rayonuna qayıdarkən avtomobil qaçırdığı məlum olub. F. Aydınov Şəmkir rayonunda saxlanılaraq istintaqa təhvil verilib.