• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 17.04.2022 19:36

DİM IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirib

KepezTV Player

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Gəncə də daxil olmaqla 12 şəhər və rayonda reallaşan prosesdə abituriyentlər imtahan binasına sosial məsafə gözlənilməklə buraxılıb. Gəncə şəhərində 8 binada təşkil olunan imtahana 8 ümumi rəhbər, 25 rəhbər təyin edilib. 1939 abituriyentin iştirak etdiyi imtahana 175 nəfər nəzarətçi-müəllim cəlb olunub. Ölkə üzrə 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. Aprelin 17- dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqləri, kartlarının emalına başlanılacaq. İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.