• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2129
— 16.04.2022 20:06

Tələbələr təqdimatlarla çıxış ediblər

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində Tələbə Elmi Cəmiyyətinin ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan ənənəvi illik konfransı baş tutub. Ümummilli liderin Azərbaycanın müasir elm və təhsil konsepsiyasının banisi olduğu, dövlət başçısı İlham Əliyevin Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində ciddi islahatlar həyata keçirdiyinə diqqət çəkilib. Tələbələrin tədrislə bərabər universitetin ictimai fəaliyyətlərində yaxından iştirak etmələrinin vacibliyi vurğulanıb. Belə fəaliyyətlər içərisində Tələbə Elmi Cəmiyyətin dərnəkləri mühüm rola malikdir. Konfransda universitetin bütün fakültələrindən tələbələr müxtəlif mövzularda təqdimatlar ediblər. ADAU-da ikili diplom proqramı çərçivəsində fəaliyyət göstərən EGE Universitetinin bir qrup professor-müəllim heyətindən konfransda iştirak edən müəllimləri tədbir haqqında öz müsbət fikirlərini səsləndiriblər. Sonda tələbələrə sertifikatlar təqdim olunub.