• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1002
— 16.04.2022 19:57

Kimlərə oruc tutmaq olmaz?

KepezTV Player

Oruc tutmağın sağlamlıq üçün faydaları olsa da, bəzi xəstəlikləri olanlara bu əməl tövsiyə edilmir. Çünki bəzi xəstəliklər zamanı ac və susuz qalmaq xəstələrin sağlamlığına mənfi təsir göstərə bilər. Mütəxəsislərin fikirlərini öyrənmişik.

Bu mübarək ayda oruc tutmaq istəyən heç də hər kəsin sağlıq durumu buna imkan vermir. Ancaq bir çox insan həkim və din xadimlərinin qadağalarını qulaqardına vurub, dini borcunu yerinə yetirməyə cəhd edir. Bu ayda oruc tutmaq niyyəti olanları düşündürən əsas suallardan biri hansı xəstəliklərdə oruc tutmaq təhlükəli olar sualıdır.

Ülvi Maçanov qastroenteroloq: Tövsiyyə etmirik əsasən uşaqlara, ahıl yaşlı şəxslərə. O cümlədən mədə 12 barmaq bağırsağında problem olan xəstələrə, orqan çatışmamazlığı olan xəstələrə oruc tutmaq məsləhət deyil.

Həddi-büluğa çatmamış uşaqlar oruc tutmaqdan azad olsalar da bu ayda uşaqlar valideynlərinə baxaraq, oruc tutmağa həvəslənirlər. Həkimlər isə valideyinlərə orucluğun uşaq orqanizminə təsiri, yarada biləcəyi problemlər, hansı uşaqlara ümumiyyətlə ac-susuz qalmağın qadağan oluması barədə xəbardarlıq edir.

Xəyalə Əhmədova  pediatr: Tibbi tərəfindən baxdıqda uşaqlarımıza tövsiyyə eləmirik. Ancaq hamımız bilirik ki, oruc tutmağın da müəyyən bir istisnaları var. 15 yaşa kimi uşaqlar yaşlılar və müəyyən xəstəliyi olan insanlar. Uşaqlarda da xəstəliyi olan zaman heç 15 yaşın üstündə də icazə verilmir. 15 yaşa kimi uşaqlara niyə biz icazə vermirik? Bu yaş uşaqların ən çox inkişaf etdiyi dönəmdir. Yəni uşaqların ac qalması müəyyən qüsurlar verə bilər, müəyyən xəstəliklərin səbəbi ola bilir. Yenə də uşaqlra çox israr eləsələr o zaman tövsiyələrimiz odur ki, yeməkləri düzgün olsun, qidalanmaları daha dolğun olsun. Və əgər uşaqlarında hər hansı problem narahatçılıq görərlərsə  mütləq şəkildə vaxtında müdaxiləni eləsinlər. Və əgər gərəkirsə orucu dayandırsınlar və daha ağır vəziyyət yaranarsa o zaman həkimə müraciət etsinlər.

Bundan başqa, hamilə qadınların və süd verən anaların oruc tutmaları da tez- tez müzakirə olunan məsələlərdəndir. Mütəxəsislər tövsiyə edir ki, xüsusilə ilk 3 ayda hamilələrin oruc tutmaması arzuolunandır.

Aygün Altun mama-ginekoloq: Uşaq ana qarnında bütün orqanlarının gelişimini tamamladığına görə biz anaların uzun müddətli aclıq və susuzluq çəkmələrii sevmirik. Buna görə də hamiləlikdə adətən önərilmir oruc tutmaq. Araşdırmalarda olnu göstərir ki,  oruc tutan hamilələrində düşük olma ehtimalı çoxdur.Və bu digər hamilılərə görə 1,5 dəfə daha təhlükəlidir. Eyni zamanda sutu az içməsi, uzun müddət susuz qalması bu hamilələrdə uşağı çevrələyən amiyon zarının suyunun az olmasına səbəb olur. Və doğulan uşaqlarda ilk 3 ayda uşaqların irəliləyən dönəmlərdə akademik göstəricilərinin, biliksəl zəkalarında zərərlərə səbəb ola bilər.

Mütəxəsislər həmçinin şəkərli diabetdən əziyyət çəkənlərə, ürək, qan-damar xəstələri olanlara bu məsələdə ehtiyatlı olmağı tövsiyə edir.