• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1631
— 15.04.2022 15:52

"Sirlər xəzinəsi"ndə öyrənilən tarix

KepezTV Player

Gəncə şəhəri Gənclər evinin və 2 saylı Gəncə Regional Asan Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə "Sirlər Xəzinəsi" adlı layihəyə start verilib. 17-29 yaş aralığı gəncləri əhatə edən layihənin məqsədi, tariximizi unutmamaq və onu gələcək nəsillərə ötürməkdir. Öyrətmə prosesini klassik formatdan əyləncəli formata salmaq layihənin əsas hədəfidir. Layihə çərçivəsində təlimlər il ərzində rübdə 1 dəfə olmaqla reallaşacaq.