• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2369
— 15.04.2022 16:11

Beynəlxalq yarışlarda fərqlənən idmançılarla görüş

KepezTV Player

Gəncədə respublika və beynəlxalq yarışlarda yüksək nəticələr qazanan idmançılar və onların məşqçiləri ilə görüş keçirilib. İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov idman sahəsində böyük inkişafa nail olunduğuna diqqət çəkərək qazanılan nailiyyətləri buna bariz misal kimi göstərib. Gəncədən olan idmançıların da beynəlxalq arenada yüksək nəticələr əldə etməklə ümumi işə töhfə verdiyinə diqqət çəkib. Dövlət tərəfindən göstərdiyi xüsusi diqqət və qayğıdan ruhlanan idmançıların ölkəmizin və şəhərimizin idman şərəfini ləyaqətlə qoruması, bayrağımızın yüksəldilməsi, himnimizin səsləndirməsi qürurverici hal kimi vurğulanıb. Bu ilin ilk rübündə Gəncə idmançılarının ümumilikdə 91 medal qazandıqları bildirilib. Görüşdə Niyazi Bayramov tərəfindən idmançılara mükafatlar təqdim olunub.