• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1161
— 14.04.2022 17:37

Magistral yolların kənarına 10 min ağac əkiləcək

Qərb bölgəsində magistral yolların kənarlarının mövsümü yaşıllaşdırılmasına başalnılıb. 10 minə yaxın ağacın əkilməsinin planlaşdırıldığı avtomagistralın Goranboy rayonundan keçən hissəsində 3 minə yaxın ağac basdırılıb. Hazırda 2 Nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırması və Ekalogiyyası MMC-nin əməkdaşları tərəfindən Bakı-Qazax avtomobil yolunun 315 km-də yaşıllıq zolağının salınması işləri aparılır. 3 km sahədə ağac əkini prosesi gedir. Ərazi əvvəlcədən xüsusi texnika ilə hamarlanaraq, effetli suvarılmanın aparılması üçün cərgələr yaradılıb, çalalar qazılıb. Ağac əkmək üçün nəzərdə tutulan yol kənarları məişət tullantılarından da təmizlənib və iqlim şəraitinə uyğun olan Eldar şamı, küknar, tuya, kiparis kimi həmişə yaşıl ağaclar əkilib. Əkin prosesi işçilər tərəfindən bütün aqrotexniki qaydalara uyğun olaraq aparılır.
İdarə tərəfindən ilin əvvəlindən indiyə kimi qərb bölgəsinin magistral yollarının kənarına 20 minə yaxın  Eldar şamı, küknar, tuya, kiparis eləcədə 2 minə yaxın meyvə ağacları da əkilib. Magistral yolların kənarlarına əkilən bütün tinglərin yaşıllığını qorumaq üçün işçilər tərəfindən mütamadi olaraq qulluq edilir. Magistral yolun kənarında əkilən ağacların  suvarılması üçün 5 su avtomobilindən istifadə edilib. Bu avtomobillərlə təyin olunan qrafiklə yaşıllığın suvarılmasını həyata keçirir. Bundan başqa ərazilərdə 11 artezian quyusundan suvarma üçün su xətti də çəkilib.  2 Nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırması və Ekalogiyyası MMC qərb bölgəsinin Respublika əhəmiyyətli magistral avtomobil yollarına xidmət edir. Əkilən yaşllığın qorunması da idarənin əməkdaşları tərəfindən həyata keçirilir.

Elnur Vahidoğlu