• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1266
— 14.04.2022 12:18

Bakıda 18 il əvvəl öldürülən nənə və nəvənin qatili tapılıb

KepezTV Player

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Azərbaycanda 18 il əvvəl baş verən qətl hadisəsi barədə birgə məlumat yayıb. Məlumatda deyilir ki, 2004-cü il aprelin 26-da 1947-ci il təvəllüdlü Rəhilə Cəlilovanın və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin paytaxtın Yasamal rayonu ərazisində yaşadıqları mənzildə aşkar edilməsi faktı ilə əlaqədar cinayət işi başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Bakı şəhər sakini, məhkum olunmuş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Mərkəzində müalicə alan Anar Ağalarovun həmin cinayəti törətməsinə əsaslı şübhələr yaranıb. İlkin dindirmə zamanı A.Ağalarov hadisəni xalası oğlu mərhum Teymur Məmmədovla birlikdə törətdiyini etiraf edib.