• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1507
— 12.04.2022 18:34

Peyklərdən 283 milyon dollarlıq gəlir

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin martın sonuna qədər peyklərdən əldə etdiyi vəsaitlərin həcmi 283 milyon dollar olub. Milli kosmik agentlik hazırda dünyanın 40-dan çox ölkəsində, 182-yə yaxın şirkətlə əməkdaşlıq edir. Gəlirlərin 90%-i ölkə xaricindəki xidmətlərdən formalaşır. Azərkosmos həmçinin dünyada tanınan böyük kosmik şirkətlərlə müxtəlif layihələrin icrasında əməkdaşlıq üzrə işlər aparır. Bunun üçün ən yaxşı imkan isə gələn il keçiriləcək Beynəlxalq Astronavtika konqresi hesab olunur. 
Natavan Həsənova -  “Azərkosmos” ASC-nin strateji inkişaf və planlama üzrə meneceri: SPACE X bu gün bir çox istiqamətlərdə fəaliyyət göstərir. Ona görə bu prizmada çoxlu işlər ola bilər gələcək baxımınnan. Həmçinin də biz onları gözlüyürük gələn il keçiriləcək astronavtika konqresinə də gələ bilərlər. çünki onlar hər zaman həmin astronavtika konqresinin ziyarətçiləri, həmçinin də sərgi zallarında özlərinin xüsusi stendləri olur. Ona görə biz gələn il üçün hazırlaşırıq və düşünürük ki, o vaxta qədər də yaxşı əməkdaşlıq imkanları ortaya çıxacaq.