• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2211
— 11.04.2022 15:57

Mühasiblər sertifikatlı olacaq

KepezTV Player

Gəncədə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Kiçik və Orta Sahibkarlıq mühasibləri üçün Peşəkar Mühasib Sertifkatı ilə bağlı maarifləndirci tədbirlərin təşkili” layihəsinə başlanılıb. Gənc Mühasiblər İctimai Birliyi tərəfindən keçirilən təlimdə dövlət və özəl müəsisələrdə mühasib işləyənlər qatılıb. Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli qərarına əsasən peşəkar mühasib sertifkatının verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Sertifkatlaşdırma iki mərhələli imtahan vastəsilə təşkil edilir. İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə sertifkat növündən asılı olaraq budcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir. İmtahanda iştirakçılara 40 sual təqdim ediləcək. Bunlardan 30-u qapalı, 10 açıq tipli olacaq. İmtahanda uğur qazananlar sertifkat ala biləcəklər. Bu proses yeni qaydalarla  5 ildən bir 3 dəfə davam etdiriləcək. Daha sonra isə baş mühasib işi daimiləşir. Gəncədə keçirilən təlim iki gün davam edib və daha sonra Bakıda iştirakçılar və təlimçilərlə birlikdə dəyirmi masa keçiriləcək. 

Solmaz Əliyeva - layihənin rəhbəri: Əvvəllər elə olurdu ki, mühasibin heç bir anlayışı olmadan başqa ixtisasın sahibi mühasib olurdu. Bu imtahan onu göstərdi ki, imtahan verəndən sonra bu insan baş mühasib işləyə bilər. Biz imrahanları verməkdə baş mühasiblərə kömək edirik. Təlimlər, treninqlər keçirib mühasiblər hazırlayırıq. Bizim regionlarda da müxtəlif bu sahədə layihələrimiz olur. Gəncədə də universtetlərlə eləcədə mühasiblərlər mütamadi layihələr keçiririk. Artıq noyabr və dekabr aylarında iki imtahan keçirilib. İndi də may ayında imtahanın keçirilməsi nəzərdə tutulub. Ona görədə biz məlumat veririk ki, bu imtahanlara həvəslə getsinlər.

İsa Şəfiyev - layihənin eksperti: İştirakçılara həmin imtahanın praseduru necə olur, hansı şəkildə təşkil olunur, mahiyyəti nədir, suallar hansı tiplərdə olur, nə tələb olunacaq və imtahan neçə saatdır bunlar müzakirə oldu.