• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 11.04.2022 12:18

Gəncədə 16 yaşlı qız ana olub

KepezTV Player

Gəncədə 16 yaşlı qız ana olub. Şəhər sakini Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada uşaq dünyaya gətirib. Araşdırmalar zamanı onun 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurması məlum olub. DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov bildirib ki, qeyd edilən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə yetkinlik yaşına çatmayan qızın xəstəxanaya aparılarkən ağır vəziyyətdə olmasına görə həyatının təhlükə altında olduğu açıqlanıb.