• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 10.04.2022 21:42

8-ci Muğam müsabiqəsinin növbəti seçim turu keçirilib

KepezTV Player

Ənənəvi televiziya muğam müsabiqəsinin 8-ci mərhələsinə start verilib. 2005- ci ildən keçirilən müsabiqə muğam sənətinin qorunub saxlanılması və yeni ifaçıların aşkar olunması, yetişdirilməsi məqsədi daşıyır. Bərdədən sonra  Gəncədə reallaşn seçim turunda yaşı 8-dən 30-a qədər olan uşaq, yeniyetmə və gənclər iştirak edib. Müsabiqənin 15 həftə davam edəcəyi planlaşdırılır. Yarışda 2-ci seçim turundan keçmiş Naxçıvan, Bərdə, Gəncə, Sabirabad, Xaçmaz, İsmayıllı, Şəki, Lənkəran rayonları üzrə ümumilikdə 20 nəfər iştirak edəcək. Növbəti seçim turunun Şirvan bölgəsində olacağı nəzərdə tutulub.