• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 10.04.2022 21:20

Bir əsr yaşı olan musiqi məktəbi

KepezTV Player

Bir əsrə yaxın yaşı olan Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbinin qədim və zəngin ənənələri var. 5 illik sənət ocağı kimi fəaliyyətə başlayan məktəbin ilk şagirdləri xalq çalğı alətləri, o cümlədən Məşədi Cəmil Əmirovun özü tarzən olduğu üçün tar sinfinə qəbul olanlar olub. Daha sonra xanəndə, fortepiano, skiripka və  digər ixtisaslar da açılıb. Bu siniflərdə dərs demək üçün Moskvadan, Sank-peterburqdan, Kiyevdən mütəxəsislər də dəvət olunub. Bu illər ərzində muisiq ocağında görkəmli bəstəkarlar Fikrət Əmirov, Telman Hacıyev, Qəmbər Hüseynli, Faiq Nağıyev, dirijor və xalq artisti Nəriman Əzimov, xalq artisti Azad Əliyev kimi tanınmış musiqiçilər təhsil alıblar. Məktəbdə fortepiano, simli və nəfəsli alətlər, xalq çalğı alətləri və nəzəriyyə şöbələrinin 12 ixtisasında 400 şagird tədris alır. Məktəbdə müvafiq ixtisaslar üzrə 80 ali və orta ixtisaslı müəllim çalışır. Təhsil alan şagirdlər arasında istedadlıları ilə ölkəmizi, musiqimizi tanıdaraq təbliğ edənləri də var. Məktəbin hazırkı binası bu ilin əvvəlində əsaslı təmir olunraq tədris üçün lazımı vəziyyətə gətirilib və lazımı invetarlarla təmin edilib.

Rafael Bayramov: Bu məktəbin çox böyük qədim ənənəsi var. Məktəbin yaradıcısı Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov olmuşdu. Hətta burada Azad Əliyevin atasıda uzun müddət direktor olmuşdu. Mən 1977-ci ildən Bakı Kansarvatoriyasını bitirdikdən sonra təyinatla bura gəldim və bu günə kimi də burada fəaliyyət göstərirəm. Özümə borc hissi kimi bilirəm ki, bu illər ərzində mənə tədris verən müəllimlərin  göstərdiyi bu etimadı doğruldam. 

Aidə Əmrahova: İlk fəaliyyəti Zərrabi 14 ünvanında olub indiki Uşaq Poliknikasının yerləşdiyi binadır. Daha sonra 50-ci illərdə Elm Mərkəzinin 2-3-cü mərtəlbələrində faəliyyət göstərib. 1982-ci ildə Nizami Gəncəvi prospekti 472 ünvanına köçüb. Velançel sinfimiz var, çünki velançel mütəxəsisi Azərbaycanda da problemdir. Nəfəsli alətlərdə turba sinfimiz var. Kanon sinfimiz var o da Gəncədə yeganə müəllimədir. Həm məktəbin yetirməsi həm də müəlliməsidir. Milli kanservatoriyyanın üçüncü sinfində təhsil alır. 

Toğrul Quluzadə: Mən bir sıra beynəlxalq musiqi festivallarında iştirak eləmişəm. Üçüncü Beynəlxalq İncəsəsnət Festivalında da birinci yerə layiq görülmüşəm. Bundan başqa Rusiya, Qazaxıstan və digər ölkələrdə keçirilən onlayn musiqi festivallarında da iştirak etmişəm.

Fatimə Süleymanova: Mən yay tətilində bu məktəbə gəldim və imtahandan keçdim. Buradakı bütün müəllimələri çox sevirəm. Mən musiqi müəllimi olmaq istəyirəm və inşallah bu xəyalıma çatacam. 
 

Elnur Validoğlu