• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2217
— 09.04.2022 14:59

Xızıda qrad mərmisinin parçaları aşkarlanıb

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonunun ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 122 mm-lik BM-21 “Qrad” reaktiv mərmisinin hissələri olduğu müəyyən edilib. Mərmi zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.