• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 866
— 07.04.2022 09:45

Uşaq xəstəxanasının partladılması zamanı onlarla insan yanaraq ölüb

KepezTV Player

Ukraynanın Mariupol şəhərində Rusiya hərbçiləri tərəfindən uşaq xəstəxanasının bombalanması zamanı 50-yə yaxın insan diri-diri yanıb. Bu barədə Mariupol Şəhər Şurası teleqramda məlumat yayıb. Bildirilib ki, bu, Mariupolun mülki əhalisinin məqsədyönlü şəkildə məhv edilməsinin bir nümunəsidir. Hazırda Mariupol Şəhər Şurası kommunal və şəxsi mülkiyyətin dağıdılması faktlarını qeydə alan komissiya yaradıb. Bu günə kimi 300-dən çox belə fakt aşkarlanıb. İlkin hesablamalara görə, blokada ərzində Mariupolda 5 min insan həlak olub, onlardan təxminən 210-u uşaqdır.