• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 680
— 06.04.2022 18:08

Deputat “Kəpəz”in “vəkili” rolunda

KepezTV Player

Futbol üzrə 1-ci divizionunda mübarizə aparan “Kəpəz” klubunun son vaxtlar uğursuz çıxışına baxmayaraq azarkeşlər komandanı premyerliqada görmək arzusundan əl çəkmirlər. Peşəsindən, cəmiyyətdə tutduğu mövqedən, təbəqəsindən asılı olmayaraq fanatların istəyi elitadır. Və bunu futbolsevərlər müxtəlif tribunalardan dilə gətirirlər.

Milli Məclisin Gəncədən seçilən deputatı Naqif Həmzəyev də bir müddət öncə parlamentdə çıxışı zamanı növbəti mövsüm premyerliqada iştirak edəcək bölgə kollektivlərindən birinin “Kəpəz” olmasını və bunun vacibliyini dilə gətirib. Millət vəkili AFFA-ya müraciət edərək regionlarda futbolun inkişaf etdirilməsi istiqamətində əsas addımlardan biri kimi Gəncə klubunun eliyata qayıtmasının təmin edilməsini bildirib.

İndi hədəflərindən uzaqda olsa da, “Kəpəz”dən ağızdolusu danışan parlamentin üzvü “sarı-göylər”in ölkənin ən köklü klublarından olduğunu deyib. Naqif Həmzəyev qeyd edib ki, Gəncə Azərbaycan futbolunun əsas mərkəzlərindən sayılır. Burada perspektivli futbolçuların yetişməsi üçün ənənə var. Ona görə gəncəlilərin eliyaya yüksəlməsi vacibdir.

Millət vəkili Gəncədə tikilən futbol akademiyasından və şəhər stadionunun yaxın zamanlarda yenidənqurulması ilə bağlı verilən qərarlar barəsində də danışıb.

Sonuncu dəfə 2015-ci ildə diviziondan premyerliqaya qayıdan “Kəpəz” 3 mövsüm elitada çıxış edib.