• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1374
— 02.04.2022 19:57

Onlayn yolla fala baxanların sayı artıb

KepezTV Player

Bu məsələ dəfələrlə gündəmə gəlir, müzakirəyə çıxarılır, amma falçıların bazarı, necə deyərlər, zəifləmək bilmir ki, bilmir. Hətta gün keçdikcə daha da artır. Artıq bu bazar sosial şəbəkələr üzərindən də aparılmağa başlanılıb. Özlərini reklam edən falçılar belə şeylərə inanan insanların pullarını mənimsəməyə davam edirlər. Bəs bunun üçün hansı tədbirlər görülür? Onlara müraciət edənlərin çox olmasıdırmı sayın bu qədər artmasına səbəb? Sıradakı materialımızda biləcəksiz.
Sosial şəbəkə istifadəçilərinin sayı artdıqca bu platformalardan yararlanmaq istəyən insanların sayı da çoxalırr. Kimisi öz işini böyütmək, kimisi tanınmaq, kimisi də dırnaqarası biznesi ilə məşğul olmaq üçün bu platformalardan istifadə edir. Kökü hər nə qədər qədim zamanlara gedib çıxsa da, falçı və baxıcılara inam özünü günü bu gün də göstərməkdədir. Bu şəxslər özlərinə ekstrasens, baxıcı, falçı kimi adlar qoyaraq insanları aldadırlar. Hətta bunun üçün bank hesabı yaradanlar da var. Özlərini xarici ölkədə yaşayan insan kimi təqdim edərək 100, 150, 200 hətta 500 manat ödəniş müqabilində öncəröhənliklər məşğul olanlara da kifayət qədərdir.

Təbii ki, tələb olduğu yerdə təklif də yaranır. Lakin, sadəcə, elm yox, din də falçılıq və baxıcılığa qarşıdır.

Belə paylaşımların heç bir cinayət tərkibi olmasa da, konkret zərər görən insanların polisə müraciəti vəziyyəti dəyişir. Yəni dələdizluq yolu ilə mənimsəmə halları baş verdikdə polisə müraciət edilməlidir. İnsanlar belə hallara qarşı diqqətli olmalıdır.

Doğru olan kart, kofe hətta quran ilə baxılan bu fallarda gələcək şifrələr formasında göstərilə bilməz. Yəni öncəgörməlik olan falçılıq fəaliyyəti ilə məşğul olanlar yalnız əhalinin pulunu mənimsəyənlərdir.