Yazda Goranboyda əkinə yararlı torpaqların suvarılmasında problem yaşanmaması üçün qabaqlayıcı işlərə həyata keçirilir. Rayon ərazisindən keçən kanalların, arxların lildən, koldan və palçıqdan təmizlənməsi aparılır. Bundan başqa əsaslı təmirə ehtiyacı olan subartezian quyuları da yenilənərək işlək vəziyyətə salınır.
Goranboy Suvarma Sistemləri idarəsi 66 min 500 hk əkinə yararlı torpaq sahəsinə xidmət edir. Bu torpaqların 24 min 500 ha-na taxıl, 15 min 200 ha yem bitkiləri, qalan ərazilərə isə digər bitkilər əkilir. İdarəsinin balansında olan torpaq sahələri 958 subartezian quyusu və 17 nasos stansiyası ilə suvarılır. Həmçinin suvarmada Kürəkçay, Qaraçay və Tərtər kanalından, eləcə də 100-ə yaxın ümumi uzunluğu 2200 km olan arxların suyundan da istifadə edilir. Yazda bu arxlar vasitəsilə suvarmanı asanlaşdırmaq üçün lil və gildən təmizlənməsi həyata keçirilir.
Həmçinin idarə tərəfindən indiyə kimi 1100 metr torpaq məcralı kanal da beton üzlüyə alınıb. 680 ədəd subartezian quyusunun nasosları da təmir edilib. 77 min kub metr çay məcralarında da selə qarşı mübarizə tədbirləri görülüb.
Elnur Vahidoğlu
- Baxış: 1973