• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 04.04.2022 12:28

4 nəfər xəstə ambulator müalicə üçün evə buraxılıb

KepezTV Player

Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarətlər alan və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionar müalicə olunan daha 4 xəstə ambulator müalicə üçün evə buraxılıb. Ümumilikdə, ötən gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib. Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.