• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 03.04.2022 18:26

Şəhidlər barədə məlumatlar arxivləşdirilir

KepezTV Player

Vətən müharibəsində Gəncədən şəhid olan soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün xeyirxah bir layihə reallaşıdırılır. Belə ki, Dövlət Arxivinin Gəncə filialında şəhidlərinin şəxsi sənədlərindən ibarət fond yaradılır. Məqsəd İkinci Qarabağ Müharibəsində qəhrəmanlıq göstərən igidlərimiz barədə məlumatların gələcək nəsillərə ötürülməsidir.
Gəncə arxivi tərəfində şəhid ailələrinin üzvləri və yaxınları ilə görüş keçirilib. Görüşdə şəhidlərin şəxsi sənədləri, şəkilləri, diplomları, təltifləri və digər sənədlərinin arxiv kolleksiyası kimi tarixiləşdirilməsi təklif edilib və arxivdə həmin sənədlərdən ibarət fondun yaradılması qərara alınıb. Artıq Gəncədən olan şəhidlər Rəşad Ələkbərov, Nemət Məmmədov, Tural İsmayılov, Oruc Əliyev və Murad İbrahimova aid 100-ə yaxın sənəd arxiv fonduna təqdim olunub.

Layihə çərçivəsində həmçinin şəhidlərə aid kitablar, nota alınan mahnıllar da arxivə təqdim ediləb bilər. Şəhidlərlə bağlı şəxsi sənədlərin arxivləşdirilməsi həm birinci Qarabağ, həm də Vətən müharibələrinin iştirakçılarını əhatə edə bilər.

Gəncə arxivi Samux, Göygöl, Goranboy, Daşkəsən və Naftalan şəhərlərini də əhatə edir. 500 min sənəd tutumuna malik idarədə 601 fond üzrə 101 mindən yuxarı dövlət sənədi mühafizə olunur. Sənədlərin əksəriyyəti dövlətçilik və daimi saxlama müddətli sənədlərdir. Həmçinin şəxsi mənşəli fondlar da burada mühafizə olunur.

Elnur Vahidoğlu