• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2230
— 02.04.2022 20:35

"Lütfi Zadə" məntiq olimpiadası keçirilib

KepezTV Player

Təhsil Nazirinin əmri ilə orta məktəblərinin 5-ci sinif şagirdləri arasında qeyri-səlis məntiq nəzəriyəsinin banisi Lütfi Zadəni tanıtmaq məqsədilə məntiq olipiadası keçirilib. Respublika üzrə keçirilən məntiq olimpiadası Gəncənin təhsil müəssisələrində də təşkil olunub. Ümumilikdə 536 şagirdin iştirak etdiyi zehin yarışmasında məktəblilərə 30 test tapşırığı təqdim olunub. Sualların cavablandırılması üçün 2 saat vaxt verilib.

Söhrab Hacıyev Metodik Mərkəzin direktoru: Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində fənn olimpiadaları , fənn müsabiqələri keçirilir. Şuşa ili elan ediləməsi ilə əlaqədar olaraq Təhsil Nazirliyinin tədbirlər lanına uyğun olaraq fənn, məntiq olimpiadalarında final mərhələsində qalib olan şagirlərin Şuşa şəhərinə səfərləri təşkil ediləcəkdir.