• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1061
— 02.04.2022 20:22

Azadlığına qovuşan Kəlbəcərin 27 illik erməni əsarəti

KepezTV Player

Birinci qarabağ müharibəsi dövründə Kələbəcrin erməni işğalı altına düşməsinin ildönümü Gəncədə bu rayondan olan ictimaiyyət nümayəndələri tərəfindən anılıb. Rayonun müdafiəsi uğrunda gedən döyüşlər zamanı şəhid olan qəhrəman oğulların xatirəsinin anılması məsdəilə Kəlbəcər şəhidlərinin abidə kompleksi və Murovdağ şəhidlər xiyabanı ziyarət edilib. Məzarlar üzərinə tər çiçəklər düzülərək canının vətənin bütövlüyü uğrunda fəda edənlərin ruhuna dualar oxunub. Kəlbəcərin işğaldan əvvəl, işğal dövründə və işğaldan sonrakı mərhələrdə yenidən qurulmasını əks etdirən şəkillərə, eləcə də məktəblilərin əl işlərindən ibarət rəsmlərlə tanışlıq olub. 29 il bundan əvvəl 2 aprel tarixində erməni əsarəti altına düşən rayonun Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işağldan azad edilməsinin sevincinin bu gün də yaşandığı vurğulanıb. Vətən müharibəsində Kəlbəcərdən də olan oğulların qanı və canı bahasına rayonun erməni taptağından qurtarıldığı xatırladılıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Kəlbəcər rayonundan 483 nəfərin şəhid olduğu, “Dəmir yumruq” əməliyyatı zamanı isə 35 hərbçinin rayonun şəhidləri sırasına əlavə olduğu vurğulanıb. 2020-ci il noyabrın 25-də Kəlbəcərin azad edilməsi ilə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərinin Azərbaycan tərəfindən yerinə yetirildiyinə diqqət çəkilib. Bu gün güclü və iradəli Azərbaycan dövləti tərəfindən Kəlbəcərin yenidən qurulmasının fəxarət yaratdığı önə çəkilib.