• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 02.04.2022 11:39

Kəpəz və Nizami rayonları ləğv edildi

KepezTV Player

Prezident İlham Əliyev "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanunu təsdliqləyib. Şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır. Ləğv edilən Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir. Ləğv edilən Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan, Hacıkənd, Məhsəti, Nətavan, Sadıllı və Şıxzamanlı qəsəbələri inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan, Hacıkənd, Məhsəti, Nətavan, Sadıllı və Şıxzamanlı qəsəbələri inzibati ərazi dairələri hesab edilir.