• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 02.04.2022 10:54

“WhatsApp”da mesajlarınızı bu adamlar oxuya, silə biləcəklər

"WhatsApp"a yeni funksiya gəlib. "Meta"nın mesajlaşma tətbiqi "WhatsApp"ın Android, iOS və masaüstü versiyalarına yeni funksiya gəlir.  Belə ki, qrup adminləri tezliklə "WhatsApp"da İcma yarada biləcəklər. Bu, qrup adminlərinə daha çox nəzarət imkanı verəcək. Adminlər qruplar daxilində yeni qruplar yarada biləcəklər. Bütün qruplar başdan sona şifrələnəcək. Həmçinin, "WhatsApp" qrup adminlərinə digər qrup üzvləri tərəfindən göndərilən mesajları silmək imkanı verən yeni funksiya üzərində işləyir. Bu funksiya ilə qrup adminləri qrup üzvləri tərəfindən uyğunsuz hesab edilən mesajları icazəsiz silə biləcəklər. Belə idarəçilər qrup üzərində nəzarəti artıracaqlar. Admin mesajı sildikdə, istifadəçilər "Bu, admin tərəfindən silindi" bildirişi alacaqlar.

Bildirilir ki, "WhatsApp" hesabları daha təhlükəsiz etmək üçün masaüstü və veb versiyalarına da iki addımlı doğrulama tətbiq etməyi planlaşdırır. Bu, hesaba icazəsiz girişin qarşısını alacaq. İki addımlı doğrulama ilə hesab sahibləri PİN kod yaradacaqlar.