• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1090
— 01.04.2022 19:49

Göygöl milli parkında “açıq qapı” günü keçirilib

KepezTV Player

Göygöl milli parkının yaranması günü ilə əlaqədar milli parkda “açıq qapı” günü keçirilib. Ziyarətçilər bu gün milli parka giriş haqqından azad olunub.

Gözəlliyi və füsunkarlığı ilə diqqət çəkən Göygöl milli parkının mənzərəli təbiətini görmək istəyənlər milli parka üz tutublar. Onlar burada təbiətin oyanışını, baharın göz oxşayan görüntülərini müşahidə ediblər. Torpaqda baş qaldıran yeni cücərtilər, bənövşə və nərgiz güllərinin özünəməxsus ətri ziyərətçilərə xoş ovqat bəxş edib.

12755 hektar sahəsi olan Göygöl milli parkı bu gün də öz qonaqlarını yüksək səviyyədə qəbul edir. Yeni ekoturizm marşurutlarının yaradılması ilə əraziyə daha çox turistin cəlb olunması əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan Göygöl milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə təsis olunan təbiət incisidir.

Qərb bölgəsində öz turizm potensialı ilə bütün rəqiblərinə meydan oxuyan və yeganə olan Göygöl Milli Parkı bu gün ziyarətçilərin əsas məkanına çevrilib. Belə ki, bu ünvana müraciət edənlər Milli parkın füsunkar təbiəti və ecazkar görkəmi qarşısında mat qalırlar.

Valeh Anaroğlu