• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1238
— 01.04.2022 19:38

Məktəblilər narkomaniya ilə bağlı maarifləndirildi

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Üç təpə kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi” mövzularında tədbir keçirilib. Yığıncaqda Göygöl Rayon Polis Şöbəsinin rəisi Zaur Nəsirov belə maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb, narkomaniya əleyhinə ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördüyü qətiyyətli tədbirlərdən, bu istiqamətdə ictimaiyyət arasında aparılan profilaktiki işlərin önəmindən danışıb. Bildirib ki, istər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri, öz gələcəyinə biganə olmayan insanlar bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlam həyat yaşaması üçün ciddi addımlar atmalıdır. Tədbirdə şagirdlər üçün faydalı məlumatlar verilib.