• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1037
— 01.04.2022 20:01

220 yerlik yeni uşaq bağçası tikilir

KepezTV Player

Qarabağ müharibəsində ermənilərin Gəncəni artileriya atəşinə tutması zamanı şəhərin Üzeyir Hacıbəyov və Nigar Rəfibəyli küçələrində yerləşən Körpələr evi Uşaq bağçalarına ciddi ziyan dəymişdi. Hər iki müəssisədə təlim-tərbiyyənin aparılması mümkün olmadığından Üzeyir Hacıbəyov küçəsindəki 7 nömrəli Körpələr evi Uşaq bağçası sökülərək yerində hər iki bağça üçün yeni bina inşa edilir. 220 yerlik olacaq bağça binasının bünövrəsi qazılaraq beton işlərinə başlanılıb. Bina iki mərtəbəli olacaq.

Layihə görə yeni tikilən bağçanın həyətində 2 su anbarı da inşa olunacaqdır. Bundan başqa uşaqların əylənməsi üçün həyətdə uşaq meydançası da tikiləcəkdir.

Binada mərkəzləşmiş istilik və havalandırma sistemi quraşdırılacaq. Bağçanın ilin sonuna kimi tikilərək təhvil verilməsi nəzərdə tutulur.

 

Elnur Vahidoğlu