• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 01.04.2022 16:15

Azərbaycanlıların soyqırımı günü anılıb

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunan tələbə gənclər təşkilatlarının iştirakı ilə anım tədbiri keçirilib. Gəncə Dövlət Universitetində baş tədbirdə ilk olaraq təhsil ocağının həyətində yaradılan anım güşəsinə tər qərənfillər düzülüb. Daha sonra çıxış edənlər 31 mart Azərbaycanlıların Soyqırımının ermənilər tərəfindən törədilən bəşər tarixinin ən qəddar, amansız cinayətlərindən olduğu diqqət çatdırılıb. Keçirilən belə anım tədbirlərinin bu hadisələrin unudulmaması və xalqımıza, dövlətimizə qarşı düşmənin nə qədər kinli, xain münasibət bəslədiyini gələcək nəsillərə ötürmək baxımından önəmli olduğu qeyd edilib.