• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1359
— 01.04.2022 12:18

Ağdamda Böyük Britaniya istehsalı olan xüsusi minaaşkarlayan dronlar var

KepezTV Player

Ağdamda Böyük Britaniya istehsalı olan xüsusi minaaşkarlayan dronlar var. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib ki, ölkəsi ərazilərin minalardan təmizlənməsi işində Minatəmizləmə Agentliyinə dəstək verir.

Ceyms Şarp - Böyük Britaniyanın Azərbaycandakı səfiri: İnsanlar 30 il əvvəl tərk etdiyi torpaqlarına qayıtmaq istəyir, bunun üçün isə bu torpaqlar minalardan təmizlənməlidir. Biz Azərbaycanın qlobal fondların yaradılması fikrini dəstəkləyirik. ANAMA-ya daha çox yardım göstərilməlidir. Britaniya olaraq fəxr edirik ki, biz bu problemin həllinə töhfə veririk, insanların ağrılarının azalmasına, barışığa töhfə veririk. Mən azad olunmuş ərazilərdə olmuşam, bu torpaqlarda yenidənqurma işlərini görmüşəm, yollar, hava limanı, dəmiryolu tikilir. Mən bunlara şahid olmuşam. Bu, böyük nailiyyətlərdir, sizi təbrik edirəm! Əlbəttə, bunlar həm də ANAMA-nın fəaliyyəti nəticəsində mümkün olub. Minaların təmizlənməsi insanların təhlükəsizliyi üçün vacibdir və inanırıq ki, Azərbaycan qlobal səviyyədə bu sahədə liderlik göstərəcək.