• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1103
— 31.03.2022 15:49

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib

KepezTV Player

Bu gün Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclası keçirilib. İclasdan əvvəl Bursanın TÜRKSOY-un Mədəniyyət Paytaxtı elan edilməsi ilə bağlı yürüş keçirilib. Türkdilli xalqların milli adət-ənənələrini özündə əks etdirən rəqs nümayişləri, türk bədii yaradıcılığına aid şeir, musiqi və bir çox incəsənət nümunələri, türk xalqlarının qəhrəmanlıq dastanlarından hissələr, tarixi marşlar alqışlarla qarşılanıb. Bursada bu il 4-cü Dünya Köçəri Oyunları, 2-ci “Dədə Qorqud” Türk Dünyası Film Festivalı və digər tədbirlər keçiriləcək. 2023-cü ildə isə Bursa estafeti Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya verəcək.