• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1213
— 31.03.2022 15:52

"Tariximizi vərəqləyək" adlı seminar keçirilib

KepezTV Player

Dünyanın tanımaq istəmədiyi 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı Gəncə maarif evində "tariximizi vərəqləyək" adlı seminar keçirilib. Soyqırım haqqında gerçəkləri Gəncə Dövlət Universtitetinin Tarix kafedrasının baş müəllimləri Bəxtiyar Məhərrəmov və Yəhya Süleymanov seminar iştirakçılarına çatdırıblar. Seminarda tariximizin unudulmaması, gələcək nəsillərə ötürülməsi, gerçəklərin dünya miqyasında daha geniş tanıdılmasının əhəmiyyətinə toxunulub.