• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1126
— 31.03.2022 12:06

Kiyevdəki qoşunların 20 %-i geri çəkilib

KepezTV Player

Rusiya Kiyevin şimalındakı qüvvələrinin 20 faizini geri çəkib. Pentaqonun sözçüsü Con Kirbi qeyd edib ki, çıxarılan qüvvələr bazalarına qayıtmayıb. Kirbi, həmçinin, bəzi rus qüvvələrinin Çernobıl yaxınlığından çəkilməyə başladığını da deyib. Pentaqonun sözçüsü Rusiya ordusunun Vladimir Putini hərbi əməliyyatlarla bağlı çaşdırdığı iddiasına da cavab verib. Bildirib ki, iddialarla razılaşırlar, lakin kəşfiyyat detallarını açmaq istəmirlər. Ukrayna prezidenti Volodimir Zelenski isə ölkəsinin Mərakeş və Gürcüstandakı səfirlərinin geri çağırılması haqqında fərman imzalayıb. O, diplomatlara başqa iş axtarmağı tövsiyə edib. Həmçinin bildirib ki, heç kimə, heç bir gözəl sözə inanmırlar.