• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 974
— 29.03.2022 16:54

Avtoxuliqan saxlanılıb

KepezTV Player

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sərxoş halda sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb. Rayon sakini, Zamin Məmmədovun idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozması və vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Sürücünün polis əməkdaşları tərəfindən saxlanılan zaman ağır dərəcəli sərxoş olması da müəyyən edilib. Məhkəmənin qərarı ilə o 1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat miqdarında cərimə olunub.