Goranboyda keçmiş həyat yoldaşını qətlə yetirən kişi saxlanılıb. Ötən gün saat 14 radələrində 1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Faxrəddin qızının öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Mehman Süleymanov idarə etdiyi «Land Rover Discovery» markalı avtomobillə saat 13 radələrində rayonun Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında öldürmək niyyəti ilə 1 ildir faktiki olaraq ayrı yaşadığı arvadını vurub, daha sonra avtomobilində gəzdirdiyi mətbəx bıçağı ilə ona bir neçə xəsarət yetirib. Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı cinayət işi başlanıb. Mehman Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin törədilməsində istifadə olunmuş bıçaq ondan götürülüb. İstintaq davam etdirilir.
- Baxış: 588