• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 24.03.2022 18:10

Tüfeyli həyat sürən kişi qətlə yetirildi

KepezTV Player

Bu gegə Gəncənin Abbas Səhət adlan ərazisində qətl hadisəsi baş verib. 1991-ci il təvəllüdlü Əliyev Abbas Əziz oğlu bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan 31 yaşlı kişi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Məlumata görə qətlə yetrilən şəxs küçədə bıçaqlanmış vəziyyətdə tapılıb. Dərhal aparılan axtarış-istintaq hərəkətləri nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Bu 2001-ci il təvəllüdlü Emil Quliyevdir Qətl hadisəsi lə bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir. Öldürülən şəxsin uzun müddətdir tüfeyli həyat tərzi keçirdiyi bildirilir. Bir müddət bundan öncə isə yaşadığı evi yandırıb. Qonşuların sözlərinə görə, onun kimsə ilə işi olmasa da yaşam tərzi normal deyildi.