• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2133
— 19.03.2022 16:47

İctimai nəqliyyat vastələri dezinfeksiya olunur

KepezTV Player

Koronavirusa yoluxanların sayında azalma müşahidə edilməsinə baxmayaraq profilaktik tədbirlər davam etdirilir. Əhalinin daha çox istifadə etdiyi şəhərdaxili ictimai nəqliyyat vastələri dezinfeksiya olunur.

Avtobus və mikroavtobuslarda dezinfeksiya işləri nəqliyyat vasitələrinin olduğu qarajlarda aparılıb. Avtobusların salonları yuyulduqdan sonra kimyəvi məhlullarla təmizlənir. Salonda olan oturacaqlar, əl tutacaqlar, şüşələr xüsusi dərmanlarla yuyulur.

Rövşən Nağıyev  sürücü: Hər gün koronavirusa görə maşınlar dezinfeksiya olunur. O da yaxşıdır ki, edirlər, sağ olsunlar.

Qədir Binnətov  dezinfektor: Mirobakt dermanı ilə dezinfeksiya olunur. Səhər saat 6-dan 8-ə kimi hər bir avtobus dezinfeksiya olunur. 90 dənə avtobus çıxır və dezinfeksiya olunmuyan avtobus xəttə buraxılmır.

İstifadə olunan tibbi məhlul beynəlxalq standartlara uyğundur və heç bir zəhərli təsirə malik deyil. Aparılan dezinfeksiya işləri qarajın həyəti, girişini də əhatə edib.

Gündüz Abbasov  Azəravtonəqliyyat ASC-nin İdarə Heyyətinin sədri:Bizdə mütamadi olaraq hər gün maşınlar dezinfeksiya olunur. Dezinfeksiya olunan maşınlar bir başa xəttə buraxılır. Dezinfeksiya olunmuyan maşınlar qarajda saxlanılır. Onlar haqqında tədbirlər görülür. Bu gün davam edir.

Ruslan Paşayev Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin hüquqşünası:Pandemiyya dövrü ilə əlaqədar qeyd edilmiş metodiki göstərişlər davamlı olaraq həyata keçirilir. Avtobuslar gündəlik erys qabağı dezinfeskiya edilir. Dezinfeksiya edilməyən xəttə buraxılmır. İdarəmizin əməkdaşları tərəfindən qeyd edilmiş prosesə davamlı olaraq nəzarət edilir.

Gəncədə 8 daşıyıcı şirkət tərəfindən əhaliyə xidmət edilir. Gün ərzində şəhərdə 28 marşurut üzrə 230 avtobus və mikroavtobus xəttə çıxır.

Elnur Vahidoğlu