• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2122
— 18.03.2022 19:56

Bayram qabağı bazarlarda qiymətlər necədir?

KepezTV Player

Bayrama sayılı günlər qaldıqca hər kəsi maraqlandıran əsas sual Novruz bazarlığının qiymətləridir. Əməkdaşımız Aişə Rzayeva market və bazarlardakı qiymətlərlə tanış olub, sakinlərin fikirlərini öyrənib. İzləyək…

Artıq Novruz bayramına sayılı günlər qalıb. Bu ərəfələrdə də hər kəsi ətzaq məhsullarının qiyməti maraqlandırır. Bizdə bunu öyrənmək üçün üz tutduq Gəncənin bazarlarına. ((K/A))Bayramda süfrələrimizin ilk bəzəyi, yazın gəlişini simvolizə edən səməniyə tələbat olduqca böyükdür.

Alıcıların Gəncə səbətinə də marağı böyükdür. Qonaq gedərkən alınan bu səbətlərin qiyməti müxtəlifdir. 100, 500 manat və daha çox...

Göyərtilərin qiyməti isə keçən illə müqayisədə bu il daha münasibdir. Meyvələr haqqında isə eyni fikri söyləmək mümkün deyil. Satıcılar qiymətin baha olmadığını deyir. Onlarla razılaşan alıcılar da, bu fikirdədir.

Bayramda ən çox satılan qərzəkli meyvələrdir. Hansı ki, həm şirniyyatların hazırlanmasında əsas məhsul hesab edilir, həm də xonçalarn bəzəyidir.

Sakinlər üçün təşkil olunmuş fürsətlərdən biri də bayram günlərində mütəmadi olaraq təşkil olunan və mart ayının 21-nə kimi davam edəcək bayram yarmarkalarıdır. Sakinlər istədikləri məhsulu buradan da əldə edə bilərlər. Alıcılar arasında marketə üz tututanların sayı da kifayət qədərdir. Kimiləri ərazinin yaxınlığını, kimiləri də qiymətlərin münasib olmasını əsas gətirir.

Novruz – yəni Yeni Gün bayramında hər birinizə bol ruzi, bərəkətli süfrələr arzu edirik.

Aişə Rzayeva