• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 874
— 18.03.2022 19:55

Gəncədən İstanbula yeni aviareys açıldı

KepezTV Player

Bu gündən etibarən Türkiyənin “Pegasus Airlines”aviaşirkəti İstanbul-Gəncə-İstanbul istiqaməti üzrə uçuşlar yerinə yetirib. Bu ay uçuşlar həftənin cümə və bazar günləri, aprel ayından isə çərşənbə axşamı və cümə günləri baş tutacaq. İlk reys İstanbuldan saat 14:45-də başlayır, təyyarə Gəncəyə saat 18:00-da çatır. Əks istiqamətdə saat 19:30-da Gəncədən qalxan təyyarə 21:15-də İstanbulda eniş edəcək. Uçuş müddəti 3 saatdır. Biletlərin qiyməti 80-150 avro arasıdır. Qiymətlər aparılan yükdən asılı olaraq dəyişir. Tezliklə aviaşirkət tərəfindən Türkiyənin digər şəhərlərindən də Gəncəyə təyyarə reyslərinin açılması nəzərdə tutulur.