• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1310
— 15.03.2022 20:30

Novruzun son, ilaxır - Torpaq çərşənbəsi

KepezTV Player

Torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsi Azərbaycanda hər yerdə təntənəli şəkildə qeyd olunur. Əməkdaşlarımızda bu haqqda sujet hazırlayıb, gəlin izləyək.

İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. Bu çərşənbəyə xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.

Ruziyyə Quliyeva folklorşünas:Torpaq çərşənbəsi çərşənbələrin axırıncısıdır. Bütün çərşənbələrdə olan adət ənənələr bu çərşənbədə birləşir. Ona görə onu daha gözəl, daha təmtəraqlı keçirirlər. İnsan torpaqdan yaranıb, ona görə biz ona səcdə edirik. Novruz haqqında onu deməliyik ki, novruz ruhun oyanışıdır.

Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir. Ölkəmizin bəzi bölgələrində bu hətta Novruz bayramının özü qədər təntənəli keçirilir. Bu il torpaq çərşənbəsi mart ayının 15-də təsadüf edib. Torpaq çərşənbəsində tonqal yandırmaq, xonça bəzəmək, rəqs etmək, keçəl və kosa ilə oyunlar, tamaşalar təşkil etmək, boyalı yumurtaları vuruşdurmaq qədimdən qalma adətdir.

Azərbaycan bayrağı ilə rəqs, ocağın ətrafında

Bizdə kəpəz tv olaraq xalqımızı İlaxır-torpaq çərşənbəsi münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Hər kəsə sağ can, bol ruzi və ən əsası əmin amanlıq arzu edirik.

Nərgiz Əhmədqızı