Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinə müraciət edib. Dövlət başçısı onlara ya hərbi əməliyyatlarda ölməyi, ya da təslim olmağı təklif edib. Zelenski bildirib ki, Rusiya hərbçiləri Ukraynadan heç nə aparmayacaq, ancaq ukraynalıların həyatını alacaq. Eyni zamanda, onlar özləri də öləcəklər. "Nəyin xatirinə və nəyə görə ölürsünüz? Bilirəm ki, sağ qalmaq istəyirsiniz. Danışıqlarınızın ələ keçirilməsi zamanı bu müharibə, bu biabırçılıq və dövlətiniz haqqında həqiqətən nə düşündüyünüzü eşidirik", - Zelenski əlavə edib. "Mən sizə seçim təklif edirəm. Ukrayna xalqı adından - siz bizim silahlı qüvvələrimizə təslim olsanız, sağ qalmaq şansı veririk. Sizə ordunuzda göstərilməyən münasibət kimi rəftar edəcəyik. Seçin!", - Ukrayna Prezidenti fikirlərini yekunlaşdırıb.
- Baxış: 229