• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 709
— 14.03.2022 20:02

Şəhidin doğum günü qeyd olunub

KepezTV Player

Gəncədə şəhid Elvin Mustafayevin 30-cu doğum günü münasibətilə anım mərasimi təşkil edilib. Şəhidlər xiyabanında baş tutan tədbirdə rəsmilər, şəhidin döyüş yoldaşları, yaxınları və qazilər iştirak ediblər. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Elvin Mustafayevin məzarına tər güllər düzülüb, ruhuna dualar oxunub. Daha sonra şəhidin yaşadığı evin yaxınlığında adını daşıyan bulağın açılışı olub. Müddətdən artıq hərbi qulluqçu olan Elvin Mustafayev Murovdağ və Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Şəhid olduqdan sonra uzun müddət itkin düşən Elvinin nəşi 4 iyun 2021-ci ildə tapılaraq dəfn olunub. O, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.