• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1375
— 14.03.2022 16:05

XİN Ermənistana münasibətləri normallaşdırmaq üçün təqdim edilən təklifləri açıqlayıb

KepezTV Player

Münasibətləri normallaşdırmaq üçün Rəsmi Bakının Ermənistana təqdim etdiyi təkliflər bəlli olub. Burada beş baza prinsipi əks edilib. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması. Nazirlikdən deyilib ki, iki dövlət məhz bu baza prinsipləri əsasında danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.