Artıq çəki bütün dünyada geniş yayılmış problemlərdən biridir. Son illərdə daha da artan problem artıq xəstəlik kimi qəbul edilir. Xüsusən də məktəbyaşlılar arasında. Son 10 il ərzində narahatedici sürətlə artmaqda davam edən bu xəstəliyi ailələrin yaşam tərzi və qidalanması ilə əlaqələndirirlər. Mütəxəssislər isə bununla bağlı valideynlərə xəbərdarlıq edir.
Piylənmə və artıq çəki bədəndə çox miqdarda yağ toplanması ilə olan enerji metabolizm pozğunluğudur. Dünya Səhiyyə Təşkilatı piylənməni, enerji qəbulunun enerji itirilməsindən daha çox olduğu, piy toxumasının bədənin müxtəlif nahiyələrində toplanması ilə ortaya çıxan bir sağlamlıq problemi kimi qiymətləndirir. Uşaqlarda piylənmə uşağın faktiki bədən kütləsinin yaş normativini 15% və daha çox aşmasıdır. Bu zaman bədən kütlə indeksi 30-dan yüksək olur. Mütəxəsislər valideyinlərə bununla bağlı xəbərdarlıq edir.
Mütəxəsislər deyir ki, uşaqlarda artıq çəkinin olması düzgün və sağlam qidalar qəbul etməmələrindən irəli gəlir. Lazımsız kalorilər isə artıq çəkilərə səbəb olur.
Məktəb əvvəli dövrdə kök olan uşaqların təqribən 26-41%-i, məktəb çağında kök olan uşaqların da 42- 63%-i yetkin yaşda kök qalmağa davam edir. Yüksək çəki problemi müəyyən edilə bildiyi qədər ən erkən yaşda müəyyən edilməlidir. Əks təqdirdə uşağın həm fiziki, həm də psixoloji sağlamlığı baxımından arzuolunmaz problemlər yarana bilər. Aparılan araşdırmalar da göstərir ki, artıq çəkidən əziyyət çəkən uşaq və yeniyetmələrdə psixoloji narahatlıqlar, depressiya əziyyət çəkmə ehtimalı 60 % daha çoxdur
İdman uşaqların sadəcə fiziki güclərinin inkişafı üçün deyil, həm də onlarda müəyyən problemlərin erkən həlli yolu üçün əvəzsiz məşğuliyyətdir. Passiv uşaqların dinamikliyini artırmaq, yaxud əksinə, hiperaktiv uşaqların enerjilərinin səmərəli istifadəsi üçün yaxşı yoldur.
Nəticə olaraq, qeyd etməliyik ki, piylənmə son dövrlərdə texnoloji inkişafın sürətlənməsi ilə birgə uşaqlar arasında artan, həyat keyfiyyətini aşağı düşürən ciddi ağırlaşmalara səbəb ola bilən bir xəstəlikdir. Valideyinlərin daha tez üstünə düşməsi və tədbir görməsi mütləqdir.
- Baxış: 612