• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1395
— 12.03.2022 16:28

Azalan yoluxmanın yaratdığı arxayınlıq

KepezTV Player

Koronavirusa yoluxma statistikası artıq bir neçə həftədir ki, azalan tendensiya ilə irəliləyir. Əslində bu sevindirici haldır. Bu həm də  insanlarda arxayınlıq yaradıb. Vəziyyət belə davam etsə, nə ilə nəticələnə bilər?

Koronavirusa yoluxma statististikasında müşahidə olunan azalma insanları arxeyinləşdirib. Apteklərdə maska, spirt və dezinfeksiyaedici məhlulların satışıda müşahidə edilən zəifləmə də bunu deməyə əsas verir.

Müşahidələr göstərib ki, koronavirusa yoluxmada azalma da olub, kəskin artma da. Bəs insanların arxeyinləşməsi necə, yoluxma hallarının artmasına gətirib çıxara bilərmi?

Həkim-terapevtin sözlərindən də göründüyü kimi koronavirus hələ bizimlədir. Buna görə də ehtiyyatı əldən verməməkdə fayda var. Spirt, maska və dezinfeksiya edici məhlullardan maksimum istifadə eləmək lazımdır. Necə deyərlər, "Ehtiyyat igidin yaraşığıdır".

Nərgiz Əhmədqızı