• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 12.03.2022 11:35

11-cilər imtahan verir

KepezTV Player

Bu gün Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Tovuz və Naftalan da daxil olmaqla 19 şəhər və rayonda Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir. İmtahanda 26697 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 9 nəfər fiziki məhdudiyyətli abituriyent də iştirak edir. İmtahanın təşkil edilməsi üçün ümumilikdə 124 imtahan binası, 2058 imtahan zalı ayrılıb. İmtahanın idarə olunmasına 124 ümumi imtahan rəhbəri, 329 imtahan rəhbəri, 2524 nəzarətçi–müəllim, 249 buraxılışı təşkil edən əməkdaş, 124 bina nümayəndəsi cəlb olunub.