KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda Azərbaycanın Ermənistana münasibətlərin normallaşmasına dair 5 maddədən ibarət sənəd göndərdiyini və cavab gözlədiklərini bildirib.Təklif yaxın vaxtlarda verilib və bir səhifəlik sənəddir: "Təməl prinsiplər müəyyən edildi və təklif edildi. Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, onlar bu təklifə yanaşmalarını dərhal bildirməlidir. Sənəddə əksini tapan prinsiplərin hamısı beynəlxalq münasibətlərə dair prinsiplərdir.Nazir diqqətə çatdırıb ki, Azərbaycan tərəfindən dəfələrlə vurğulanan iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsi də bu təkliflər arasındadır.
- Baxış: 979